Salyanda beş kəndin yolu yenidən qurulur - FOTO

10:54 - 17 May 2021 - Xəbər

 

Salyan rayonunda beş yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, cari ildə Salyan rayonunda respublika əhəmiyyətli Salyan-Neftçala avtomobil yolundan ayrılan və Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması layihəsinin icrasına start verilib.

Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 15.3 km təşkil edir.

 


Xəbər xətti