Dünyada son sutkada koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb

09:53 - 17 May 2021 - DÜNYA

Dünyada son sutka ərzində 658 585 nəfər koronavirusa yoluxub, 12 034 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib. Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 162 177 376 yoluxma hadisəsi, 3 364 178 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (327 745) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (211 264) ilə Avropa (76 828) bölüşür.

Xəbər xətti