Marşrut sürücüsündən TƏHLÜKƏLİ HƏRƏKƏT: Özünü və sərnişinləri çəkib “TikTok”a yüklədi - VİDEO

00:15 - 17 May 2021 - HADİSƏ

Bakıda sərnişin daşıyan marşrutun sürücüsü insanların həyatını təhlükəyə atır.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, “Ceyhun528” adlı “TikTok” sosial şəbəkə istifadəçisi iş başında olarkən hərəkət zamanı özünün videogörüntülərini çəkib və sözügedən şəbəkəyə yükləyib.

Çəkiliş zamanı onun təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu, üstəlik mövcud pandemiya qaydalarının əksinə olaraq maskadan istifadə etmədiyi aydın görünür.

Avtobusdakı sərnişinlərin icazəsiz və xəbərsiz şəkildə videoya düşməsi ilə insanların şəxsi həyatına müdaxilə də yol verilən qanunsuzluqlardan biridir.


///oxu.az

Xəbər xətti