Gəncədə təcili tibbi yardım maşını qəzaya uğradı, xəsarət alan var

22:40 - 16 May 2021 - HADİSƏ

Gəncə şəhərində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan təcili tibbi yardım maşını "Hyundai" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.///report

Xəbər xətti