“WhatsApp”da YENİLİK: Yazışmalar şifrlənəcək

21:21 - 16 May 2021 - DİGƏR

“WhatsApp" messencerində dialoqların ehtiyat surətlərinin şifrlənməsi funksiyası reallaşdırılacaq.

Hazırda “Android” və “iOS” sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün ehtiyat surətlər “Google Drive” və ya “iCloud” bulud sistemlərində saxlanılır. Nəticədə bulud sisteminə müdaxilə etmiş haker şifrlənməmiş arxiv yazışmalarını asanlıqla ələ keçirə bilər.

İstifadəçilərin məlumatlarını müdafiə edən yeni funksiyanın beta-testi “WhatsApp” messencerinin yenilənmiş versiyasında əlçatan olacaq. Ancaq şifrləmə funksiyasını istənilən vaxt deaktiv etmək mümkün olacaq./“ICTnews”

Xəbər xətti