Ağstafada 62 yaşlı qadın qətlə yetirilib

21:07 - 16 May 2021 - HADİSƏ

Ağstafa rayonunda 62 yaşlı qadının meyidi tapılıb.

 Köçəskər kənd sakini 1959-cu il təvəllüdlü Çiçək Hüseynovanın cəsədi yaşadığı evdə aşkar olunub.

Hadisə yerinə Ağstafa rayon Polis və Prokurorluğun əməkdaşları cəlb olunub. Ç.Hüseynovanın boğularaq öldürülməsi ehtimalı var. Qadın uzun illərdir ki, evdə tək yaşayır. Onun cəsədini qonşular aşkar edib.

Faktla bağlı araşdırma aparılır.///baku.ws

Xəbər xətti