Küçədə qadının fiziki təzyiqə məruz qalması ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə qadının fiziki təzyiq məruz qalması ilə bağlı yayılan görüntülərdə əks olunan şəxslər məlumdur.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan görüntülərlə bağlı bildirib ki, fakt mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb:

"Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən avtomobilə qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər.

Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".

Tarix
16 May 2021 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-16 18:14:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin