Ağcabədidə narkotik alverçisi saxlanılıb

11:22 - 16 May 2021 - HADİSƏ

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə narkotik vasitə olan marixuananın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


Xəbər xətti