Neftçalada yol qəzası olub, xəsarət alan var

23:12 - 15 May 2021 - HADİSƏ

Neftçala şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında, şəhərin 6-cı məhəlləsində qeydə alınıb. Belə ki, yol qəzası zamanı 1995-ci il təvəllüdlü Abbasov Ramil Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti