Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

Saatlıda müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara parklanma qaydaları barədə geniş məlumatlar verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həmçinin yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə və piyada keçidlərindən düzgün istifadə etməyən vətəndaşlarla da profilaktiki söhbətlər apararaq, onlara qaydalara ciddi riayət etmələrinin vacibliyini çatdırıblar.

Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

Tarix
15 May 2021 [10:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-15 10:07:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin