“Starship” kosmik gəmisi YOLA DÜŞÜR

20:02 - 14 May 2021 - DİGƏR

 SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı start sahəsindən uçaraq Yer kürəsi ətrafında dövr edəcək və Havay adalarından birinin yaxınlığında suya düşəcək.

Bu test missiyası çərçivəsində ilk dəfə olaraq Starship kosmik gəmisi Super Heavy ağır raketi ilə bir kombinasiyada çalışacaq. Super Heavy ağır raketi ilə Straship-in birlikdə hündürlüyü 120 metr təşkil edir. Bu sistemlərdən heç birinin sərt səthə enişi planlaşdırılmır. Uçuş missiyasının sonunda hər ikisi də suya düşəcək.

Bu barədə The Verge saytı xəbər verib. Şirkət tərəfindən ABŞ-ın müvafiq qurumuna göndərilmiş sənəddə qeyd olunub ki, start uçuşundan 3 dəqiqə sonra birinci pillə Starship-dən ayrılacaq və ayrılandan 5 dəqiqə sonra Meksika körfəzinə düşəcək. Starship isə öz uçuşunu davam etdirəcək və Yer kürəsinin orbitinə çatacaq. Daha sonra kosmik gəmi Yer kürəsi ətrafında dövr edərək startdan 90 dəqiqə sonra Havay adaları üzərində atmosferə yenidən daxil olacaq.

Starship-in əsas məqsədi Kauai adasından təqribi olaraq 100 km məsafədə okeana idarəolunan enişi reallaşdırmaqdır. Sözügedən uçuş missiyasının nə zaman baş tutacağı qeyd olunmayıb. Lakin Elon Musk-ın sözlərinə əsasən bu uçuş bu ilin sonunda baş tuta bilər. Heç istisna deyil ki, uçuş missiyası 2021-ci ilin əvvəlində keçirilsin. Sənəddə Starship-in bu missiya çərçivəsində maksimal uçuş hündürlüyü 116 km qeyd olunub. Nəticə etibarilə bu uçuş missiyası yeni nəsil kosmik gəminin manevrlik özəlliklərini test etməyə imkan verəcək. ///technote

Xəbər xətti