Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb

16:04 - 14 May 2021 - Xəbər

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb. Samur gömrük-keçid məntəqəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır. Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur. Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa, Azərbaycan tərəfi də bu sayı artıra bilər. Keçid məntəqəsindən əlavə ediblər ki, ötən illərə nisbətən Rusiyaya keçmək istəyən yük maşınlarının sayında da artım var.

Xəbər xətti