Son iki ilin ən güclü maqnit qasırğası baş verib

14:36 - 14 May 2021 - DİGƏR

Mayın 12-də axşam saatlarında Yer kürəsini əhatə edən 2019-cu ildən bu yana ən güclü maqnit qasırğası qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyası Fizika İnstitutundan bu barədə verilən açıqlamaya əsasən maqnit sahəsinin dalğalamaları 9 maqnitudalıq cədvəl üzrə 7 maqnitudaya çatıb.

Bu da enerji və rabitə sistemlərində ciddi nasazlıqlar yaranması üçün kifayətdir.
Həmin vaxt Günəşdə gözədəyən hər hansı prosesin baş vermədiyi bildirilən açıqlamada qasırğanın səbəbləri hələləik müəmmalıdır. Belə ki, hazırda Günəşdəki partlayış intensivliyi aşağı səviyyədədir.

Xəbər xətti