Koronavirus xəstəsi ictimai yerdə aşkar edildi

14:08 - 14 May 2021 - HADİSƏ

Bakıda 50 yaşlı aktiv koronavirus xəstəsi ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, mayın 13-də Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Xəbər xətti