"Festivalı izləyib göz yaşlarına hakim olmaq mümkünsüzdür" - ŞURA SƏDRİ ŞƏRH ETDİ

11:51 - 14 May 2021 - Cəmiyyət

"44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində istər siyasi, istər beynəlxalq, istərsə də hərbi sahələrdə müstəsna xidmətləri olan Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyev xalqımıza verdiyi Zəfər sevinci, yaşatdığı qürur hissi ilə hər bir Azərbaycanlının yaddaşında və qəlbində əbədi kök salıb".

Bu fikirləri Ucnoqta.az-a açıqlamasında Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Günay Ağamalı deyib.
G.Ağamalı vurğulayıb ki, Xarıbülbül Musiqi Festivalını izləyib göz yaşlarına hakim olmaq mümkünsüzdür: "30 ilin həsrətini, diləyini gerçəyə çevirən Ali Baş Komandan cənab İlham Əliyev hər bir Azərbaycanlının Milli Qəhrəmanıdır.

O, Xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi. Ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin Xilaskarlıq missiyasını əbədiləşdirilmək və rəsmiləşdirilmək üçün sosial şəbəkə dostlarımı #XilaskarAliBaşKomandanİlhamƏliyev xəşteqinə (#) start verdiyim kampaniyada fəal iştraka dəvət edirəm. Cənab Prezident, Ali Baş Komandanımıza Xilaskar adının verilməsi üçün səylərimizi birləşdirək və bunu ictimai rəydə həlledici motivə cevirək".

Xəbər xətti