İsmayıllıda ana azyaşlı övladı ilə itkin düşüb - Foto

11:35 - 14 May 2021 - HADİSƏ

Mayın 4-də İsmayıllı rayon sakini, evli, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Arzu Ağazadənin əlamətləri – boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara və sarıdır.

Evdən çıxarkən əynində qara rəngli gödəkçə, yaşıl şalvar və ağ idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan
DİN-in “102” Zəng Mərkəzi Xidmətinə,
həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və (050) 280-45-00, (050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Xəbər xətti