Bakıda moped minik avtomobili ilə toqquşub, xəsarət alanlar var - Foto

01:01 - 14 May 2021 - HADİSƏ

Bakının Nərimanov rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Elit ticarət mərkəzinin qarşısında qeydə alınıb.
“Seat” markalı avtomobil işıqforun yaşıl işığından keçərkən 1986-cı il təvəllüdlü Ağaquliyev Fuad Hüseyn oğlu idarə etdiyi mopedlə ona çırpılıb.

Qəza nəticəsində mopedin sürücüsü F.Ağaquliyev və sərnişini 1979-cu il təvəllüdlü Həsənova Samirə Qınyaz qızı ağır bədən xəsarətləri alıb.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, mopedin sürücüsü işıqforun qırmızı işığından keçib.


Xəbər xətti