“Anadolu” agentliyinin iki əməkdaşı Qəzzada yaralanıb

00:05 - 14 May 2021 - DÜNYA

Türkiyənin “Anadolu” informasiya agentliyinin iki əməkdaşı – fotomüxbir Mustafa Hassuna və operator Məhəmməd əl-Alul Qəzza bölgəsinin İsrail tərəfindən cavab atəşinə tutulması nəticəsində yaralanıblar.

Bu barədə agentlikdən məlumat verilib.
Hadisənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, artıq bir neçə gündür davam edən İsrail-Fələstin qarşılıqlı raket hücumları nəticəsində 6 israilli və 83 fələstinlinin öldüyü bildirilib.  ///oxu.az

Xəbər xətti