Ehtiyatda olan 9000 əsgər orduya ÇAĞIRILDI

23:16 - 13 May 2021 - DÜNYA

İsraildə müdafiə naziri Beni Gants 9 min ehtiyatda olan əsgərin Müdafiə Ordusunun sıralarına çağırılması ilə bağlı sərəncam imzalayıb.

Ucnoqta.az "Yeddinci Kanal"a istinadla xəbər verir ki, bundan əvvəl İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Xiday Zilberman ordunun "hər an quru əməliyyatına başlamağa hazır olduğunu" bildirib.

"The Jerusalem Post" qəzetinin verdiyi məlumata görə, quru əməliyyatı planı gün ərzində baxılması üçün Baş Qərargah rəisi Aviv Koxaviyə təqdim edilməlidir.

Xəbər xətti