Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

13:50 - 13 May 2021 - HADİSƏ

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

 

Xəbər xətti