Neftçalada narkotik alverçisi saxlanılıb

12:43 - 13 May 2021 - HADİSƏ

Neftçala Rayon Polis Şöbəsinin şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Habil Səlimov rayon ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onun üzərinə keçirilən şəxsi axtarış zamanı sellofan torbalarda olan çəkisi 650 qramdan çox narkotik vasitə olan heroin və 440 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.Faktla bağlı Neftçala RPŞ-nin İstintaq qrupunda H.Səlimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Xəbər xətti