Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb

11:35 - 13 May 2021 - HADİSƏ

Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulub.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Daxili İşlərt Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılıb. Araşdırma aparılır.

Xəbər xətti