Ağadadaş Ağayevin xəstəxanadan FOTOSU yayıldı

12:54 - 12 May 2021 - MAQAZİN

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev bu gün əməliyat olunacaq.

Müğənni sosial şəbəkədə xəstəxanadan görüntüsünü yayımlayıb.

A.Ağayev əməliyyata girdiyini bildirib. "Rəbbim sizləri qorusun. Xəstələrimizə şəfa, dərdlərimizə dərman olsun. Dualarınız üçün çox minnətdaram. Allaha əmanət olun" deyə, müğənni paylaşımında yazıb.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağayev İstanbulda xəstəxanaya yerləşdirilib. O, bu gün ikinci dəfə əməliyyata girəcək.///axsam.az


Xəbər xətti