Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır

01:01 - 12 May 2021 - DÜNYA

İsrailin Hava limanları idarəsi Qəzza zolağından yəhudi dövlətinin ərazisinə raket hücumlarının artması ilə əlaqədar olaraq Tel-Əvivdəki Ben Qurion hava limanından təyyarələrin qalxmasını dayandırıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat verib.
Bildirilir ki, təyyarələrə qalxma qadağası İsrailin hava məkanının qorunmasını təmin etmək üçün tətbiq olunub.

Xəbər xətti