Ağcabədidə yeniyetmə qız yol qəzasında xəsarət aldı

00:13 - 12 May 2021 - Xəbər

Ağcabədidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Ağcabədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 2007-ci il təvəllüdlü Əmirzadə Aysel Əbülhəsən qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti