Vilayət Eyvazov kapitana vəzifə verdi

19:47 - 11 May 2021 - Xəbər

Daxili İşlər orqanlarında yeni təyinat olub. 

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Azər Şahbazov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəis müavini təyin edilib.

O, bu təyinata qədər Siyəzən Rayon Polis Şöbəsində çalışıb.

Xəbər xətti