Bakıda usta faciəli şəkildə öldü

11:57 - 10 May 2021 - HADİSƏ

Bakıda usta işlədiyi evdə bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 65 yaşlı Məmməd Allahverdiyev çalışdığı evdə işləri bitirdikdən sonra hamam otağına keçib, orada çimərkən ayağı sürüşüb və başından ağır xəsarət alıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.///report

Xəbər xətti