Külək nə vaxt kəsəcək? - AÇIQLAMA

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur. Qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Gecə ərzində bu proses respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunacaq. Ucnoqta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.Xidmətin rəisinin sözlərinə görə, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir: “Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək. Növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq. Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək”.
Tarix
10 May 2021 [09:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-10 09:11:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin