Cəlilabadda mikroavtobus avtomobillə toqquşub

19:16 - 9 May 2021 - HADİSƏ

Cəlilabadda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki,  rayonun Uzuntəpə kəndi ərazisində Niyaməddin Xubalıyevin idarə etdiyi "Vaz 2107" markalı avtomobili hərəkətdə olarkən əks-istiqamətdə hərəkət edən, Heydərov Şəmşir Yusif oğluna məxsus mikroavtobusla toqquşub.

Qəza nəticəsində Vaz 2107 markalı avtomobilin sürücüsü və avtomobildə olan 2 sərnişin ağır bədən xəsarətləri alaraq Cəlilabad MRX-a çatdırılıb.  Hadisə şahidlərinin sözlərinə görə, hadisə "Vaz 2107" markalı avtomobilin sürücüsünün döngədə sürət həddini düzgün seçməməsi səbəbindən baş verib.

Faktla bağlı rayon Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti