Qasım Süleymani necə öldürülüb? - YENİ TƏFƏRRÜATLAR

İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin əfsanəvi komandanı, general Qasım Süleymaninin 2020-ci il yanvarın əvvəllərində Bağdad aerportu yaxınlığında necə öldürüldüyünə dair yeni məlumatlar yayılıb.

Ucnoqta.az xəbər verir ki, generalın mobil nömrəsinin ABŞ kəşfiyyatına İsrail tərəfindən ötürüldüyü məlum olub. Bu haqda “Yahoo News” nəşri yazır.

Bildirilir ki, İsrail kəşfiyyatı general Süleymaninin üç ayrı mobil telefon nömrəsini əldə edib və onu Amerika kəşfiyyatına ötürüb. Nəticədə ABŞ pilotsuz təyyarəsindən buraxılan “Hellfire” (“Cəhənnəm odu”) raketləri onun olduğu avtomobili hədəf alıb.

Süleymani 2020-ci il yanvarın 2-nə keçən gecə Dəməşqdən Bağdada uçub, Bağdad aerportunu tərk edərkən öz yaxın ətrafı ilə birlikdə ABŞ-ın raket zərbələri ilə öldürülüb. Bildirilir ki, “Delta Force” xüsusi təyinatlı qüvvələrinin üç snayper qrupu generalı yerdə izləyirdi, havada isə 3 Amerika pilotsuz təyyarəsi onu təqib etməkdə idi.

“ABŞ hərbi məmurunun sözlərinə görə, Süleymani Dəməşqdən Bağdada uçmazdan 6 saat əvvəl 3 dəfə mobil telefonunu yandırıb-söndürüb. ABŞ-ın xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı Süleymaninin mobil telefonlarını izləmək üçün İsrail kəşfiyyatı ilə işləyib. İsrail kəşfiyyatı onun telefon nömrələrini amerikalılara verib və Süleymani həmin telefonların köməyi ilə Bağdada qədər izlənilib”,-məlumatda deyilir.

Süleymaninin və onu müşayiət edənlərin avtomobilinə dalbadal 2 “Hellfire” buraxılıb, nəticədə general və daha 5 nəfər həlak olub.

///virtualaz.org

Tarix
9 May 2021 [19:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-09 19:04:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin