Bəzi şəxslərə yenidən peyvənd vurulacaq – TƏBİB - VİDEO

TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitədə koronavirusun III dozası ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Yaxın günlərdə bununla bağlı komitənin iclası keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.
“Koronavirus peyvəndlərinin ömürlük qoruyuculuq qabiliyyəti yoxdur. Buna görə də gücləndirici dozanın daha effektiv olması ilə bağlı fikirlər var. Bu proses revaksinasiya, yəni təkrar vaksinasiya deyil, sadəcə  gücləndirici doza adlandırılır.

Komitənin iclasında kimlərə və nə zaman bu dozanın tətbiq olunması müzakirə olunacaq. Proses yəqin ki, laborator göstəricilərə uyğun olaraq həyata keçiriləcək. Əgər qanda antitellər varsa,  III dozanın tətbiqi məntiqli olmaz. Antitellərin səviyyəsi sürətlə düşən, peyvəndlənməsindən və ya koronavirusdan sağalmasından altı ay ötən şəxslərə bunun vurulması müzakirə mövzusu ola bilər”, - deyə o bildirib.


///oxu.az

Tarix
9 May 2021 [17:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-09 17:02:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin