Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Neftçala rayonunda mütəmadi olaraq genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilir.
Ucnoqta.az xəbər verir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq may ayının 08-i Ümummilli Lider Heydər Əliyevin 98-ci il dönümü ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə koronavirus (COVİD -19 ) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakı ilə müxtəlif növ ağac, mövsümi gül kollarının əkilməsi aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Neftçala RİH Başçısı Mirhəsən Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Könüllüləri və fəal gənclər iştirak ediblər. Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələr həyata keçirilməsi nəzərdə tutulub.