Musa Yaqubla vida mərasimi keçirilir - FOTO

Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində - evində təşkil edilib.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

 

Tarix
8 May 2021 [12:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-08 12:15:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin