Şirvanda avtomobil piyadanı vurub

08:57 - 8 May 2021 - HADİSƏ

Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınınb.

Belə ki, şəhərin Mehmandarov küçəsi 13 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Məmmədov Elşən Hüseynqulu oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub.

Qəza nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti