Gəncədə oğul anasını bıçaqlayıb
07:17 - 8 May 2021 - HADİSƏ
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin “DOST 102” adlanan yaşayış massivində qeydə alınıb.1975-ci il təvəllüdlü Vəliyeva Zülfiyyə Hümbət qızı sol qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qadını oğlu bıçaqlayıb. Z.Vəliyevanın sözlərinə görə, oğlu əsəb xəstəliyində əziyyət çəkir.
Faktla bağlı araşdırma aparılır.