Hacıqabulda koronaviruslu şəxsə cinayət işi açılıb

21:02 - 7 May 2021 - HADİSƏ

COVID-19 virusuna yoluxan Hacıqabul rayonunun Qarasu qəsəbə sakini, 1979-cu il təvəllüdlü Abasov Rahim Şirzad oğlu karantin zamanı özünütəcrid rejimini pozaraq yaşayış yerini tərk edib.

Həmin şəxs polis tərəfindən saxlanılaraq evinə qaytarılıb.

Onunla profilaktik söhbətlər aparılıb. Faktla bağlı şəxs barəsində CM-nin 139-1.1 maddəsi ilə cinayət işi açılıb.///Apa

Xəbər xətti