Göygöldə avtomobil dərəyə aşıb

20:30 - 7 May 2021 - HADİSƏ

Göygöl rayonunda yol qəzası baş verib.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" deyilən ərazinin yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti