Biləsuvarda bir ailənin üç üzvü koronavirusdan ölüb

15:58 - 7 May 2021 - HADİSƏ

Biləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.

"Report" xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.

Müalicə alan ailənin üzvlərindən - Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcov Badam Mehdi qızı (1939-cu il) vəfat edib.

Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.

Xəbər xətti