ABŞ Çinin raketini vuracaq? - Açıqlama

00:13 - 7 May 2021 - DÜNYA

ABŞ ümid edir ki, Çinin orbitdən çıxan raketi təhlükəsiz əraziyə düşəcək.

Bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.
“Bildiyim qədər mütəxəssislər işləri davam etdirirlər. Bizim raketi vurmaq planımız yoxdur. Ümid edirik ki, raket heç kimə zərər verməyəcək bir əraziyə düşəcək. Ya oken, ya da hər hansı bir boş ərazi...” - Ostin bildirib.///axar.az

Xəbər xətti