Biləsuvarın sabiq icra başçısına yeni vəzifə verildi - Foto

20:22 - 6 May 2021 - Xəbər

May ayının 6-da Heydər Əliyev Mərkəzinin akt zalında Biləsuvar rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova ağsaqqallıq hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb.Sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. 

İclasda Babayev Əli Bədir oğlu səsvermə yolu ilə Biləsuvar Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib.
Daha sonra Ağsaqqallar Şurasının İdarə Heyətinə 5 nəfərdən ibarət üzv seçilib.

Qeyd edək ki, Ə.Babayev 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
 


Xəbər xətti