Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ölüb

19:39 - 6 May 2021 - HADİSƏ

Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ölüb.

APA-nın məlumatına görə, Sabirabad şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədova Minəş Tarverdi qızı sirkə turşusu zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının hansı səbəbdən sirkə turşusu içməsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti