Lənkəranda iki avtomobil toqquşub - Foto

19:13 - 6 May 2021 - HADİSƏ

Lənkəran rayonunda yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə şəhərin Akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Chevrolet” markalı avtomobil suötürücü xəndəyə aşıb. Nəticədə Lənkəran şəhər sakinləri - 1956-cı il təvəllüdlü Mahirə Mirzağa qızı Məmmədova və 1959-cu il təvəllüdlü Nahidə Mirzağa qızı Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti