Həmsədrlər ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb

23:45 - 5 May 2021 - SİYASƏT

ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Shofer) saxlanılan ermənilər Robert Vardanyan, Samvel Şuxyan və Seran Tamrazyanın Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb.

Trend-in ATƏT-in saytına istinadən verdiyi məlumata görə, həmsədrlər 13 aprel açıqlamalarına toxunaraq tərəfləri minaların təmizlənməsi üçün lazım olan bütün məlumatları paylaşmağa çağırıb. Həmsədrlər tərəfləri 13 aprel həmsədrlərin bəyanatında göstərilən qalan məsələləri həll etməklə davamlı sülhün bərqərar olması üçün qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa çağırırlar.

Xəbər xətti