Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutan bu görüşdə nazirlər öncə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparıblar.

Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov mövcud səfərin iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əlverişli imkan yaratdığını qeyd edib. Ölkələr arasında mövcud olan möhkəm tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir David Zalkaliani qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Gürcüstan Baş naziri ilə Azərbaycan Respublikası Prezidenti arasında olduqca məhsuldar görüşün keçirildiyini qeyd edən nazir Zalkaliani, ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə dərinləşdirilməsinin əhəmiyyətini bildirib. O, Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qətiyyətlə vurğulayıb, öz növbəsində Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi xüsusilə qeyd edib.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan unikal vəziyyət, habelə üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın üçtərəfli bəyanatın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırıb.

Nazirlər mövcud yeni reallıqlar fövqündə qarşılıqlı fəaliyyətin uyğunlaşdırılmasının önəmini qeyd ediblər. Tərəflər, həmçinin ikitərəfli gündəliyə daxil olan məsələlər, o cümlədən iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

16:23

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun gürcüstanlı həmkarı David Zalkaliani arasında təkbətək görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

Tarix
5 May 2021 [18:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-05 18:36:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin