Aslan Hüseynovun ölümündə müəmmalı məqam

09:48 - 5 May 2021 - Cəmiyyət

Müğənni Aslan Hüseynovun qəzaya düşdüyü avtomobilin görüntüləri yayılıb.

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, videoda ilk diqqəti çəkən A.Hüseynovun idarə etdiyi BMW markalı avtomobilin sürücü hissəsindən alın şüşəsinin çatlamasıdır. Bu isə onu ehtimal etməyə əsas verir ki, toqquşmanın sürətindən sürücünün başı ön şüşəyə dəyib və bu da müğənninin dünyasını dəyişməsinə səbəb olub.

Mümkündür ki, müğənni təhlükəsizlik kəmərindən istifadə etməyib. Buna baxmayaraq, bu görüntülərdə ən çox diqqəti çəkən təhlükəsizlik yastıqlarının açılmamasıdır.
Belə ki, BMW ən təhlükəsiz maşınlardan biri hesab olunur. Bu qədər böyük zərbə zamanı mütləq təhlükəsizlik yastıqları açılmalı idi. Avtomobilin sükanın üstündə olan təhlükəsizlik yastığı hətta yerini də dəyişib, ancaq qəribədir ki, açılmayıb. Böyük ehtimalla təhlükəsizlik yastıqları açılsaydı, müğənninin həyatını xilas edəcəkdi.

Qeyd edək ki, Aslan Hüseynov ötən gün Gəncədən, anasının 7 mərasimindən qayıdarkən Qaradağ rayonu ərazisində, Bakı-Qazax yolunun 60-cı kilometrliyində qəzaya düşüb və dünyasını dəyişib.

Xəbər xətti