Bakıda 3 yeniyetmə bıçaqlanıb

07:30 - 5 May 2021 - HADİSƏ

Bu gecə Bakının Sabunçu rayonunda üç nəfər bıçaq xəsarəti alıb. Ucnoqta.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Soltanov Fərhad Elşad oğlu və 2005-ci il təvəllüdlü Həsənli Tural Zəfər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Hər iki şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. F. Soltanova sol saidin kəsilmiş-deşilmiş yarası, T. Həsənliyə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Eyni zamanda, 2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğlu da bıçaqlanıb. Hadisənin təfərrüatları araşdırılır. ///Report

Xəbər xətti