İranda ötən sutka koronavirusdan 344 nəfər ölüb

İranda ötən sutka ərzində 344 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 73 219 nəfərə yüksəlib.

Ötən sutka ərzində 20 150 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 575 737 nəfərə çatıb. Virus daşıyıcılarından 5 477 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 022 586 nəfər koronavirusdan sağalıb, 16,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 1,31 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,08 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 231 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 102 rayon qırmızı və 235 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 111 rayon sarı zona hesab olunur.

Tarix
4 May 2021 [16:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-04 16:17:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin