Arif Quliyevin vəziyyəti pisləşdi - AÇIQLAMA

“Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib”.

Ucnoqta.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir:

“Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir”.

Qeyd edək ki, A.Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O,  “Yeni klinika”nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.

Tarix
4 May 2021 [13:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-04 13:38:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin