Ürək-damar xəstələrinin peyvənd olunması vacibdir - Baş kardioloq

Ürək-damar xəstələri COVID-19 peyvəndi vurdura bilər.

Bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.

O bildirib ki, koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir: “Çünki COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir. Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir”.///trend

Tarix
4 May 2021 [12:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-04 12:23:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin