Mingəçevirdə minik maşını mikroavtobusla toqquşub

11:31 - 4 May 2021 - HADİSƏ

Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var. 

APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Xaldan şosesinə çıxış istiqamətində baş verib.

“VAZ-21099” markalı minik maşını yük daşıyan kiçik tutumlu “Ford” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nə yerindəcə yardım edilib. İki qadın sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti